DİN: Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı təhqiqat aparılırbackend

DİN: Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı təhqiqat aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı təhqiqat araşdırmaları aparılır”.

Bunu NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə – Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, – deyə DİN rəsmisi bildirib.

Xatırladaq ki, direktor Zinyət Əhmədovanın şagirdlərə məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Onun bu hərəkəti sosial şəbəkədə qınağa səbəb olub.