DİN Bakıda manyakla bağlı yayılan görüntüləri araşdırırbackend

DİN Bakıda manyakla bağlı yayılan görüntüləri araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Bakıda manyakın peyda olması ilə bağlı məlumatlar yayılıb.

NOCOMMENT APA-ya istinadən xəbər verir ki, məlumatlarda manyakın Nərimanov rayonu ərazisində olduğu qeyd olunur. Məlumata görə, manyak dərsdən evə qayıdan məktəbli qıza yaxınlaşaraq onu naməlum ünvana aparmaq istəyib. Lakin azyaşlı qız onun əlindən qaçaraq, yaxındakı mağazaya daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar: “Hazırda həmin görüntülərlə bağlı araşdırma aparılır”.