DİN: Başçı köməkçisinin törətdiyi qəzanı gizlədib?backend

DİN: Başçı köməkçisinin törətdiyi qəzanı gizlədib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda sərxoş sürücünün piyadanı vurduğu iddia edilir.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Hadisənin Dəliməmmədli şəhərinin girişində baş verdiyi qeyd edilib.

İddia edilir ki, Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlu bir neçə gün öncə sərxoş vəziyyətdə rayonun Qaradağlı kənd sakinini maşınla vurub. Hadisə zamanı piyada hər iki ayağından ciddi xəsarət aldığından əməliyyat olunub, lakin vəziyyəti ağırdır.

Baş verən hadisənin icra başçısı Məhərrəm Quliyevin istəyi ilə gizli saxlanıldığı da iddialar sırasındadır.

NOCOMMENT xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov oxu-ya açıqlamasında noyabr ayının 27-də Goranboy Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kəndinin 15 yaşlı sakininin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olduğunu deyib.

“Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin şəxsi ziyarət ediblər, o və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”, – məlumatda bildirilb.