DİN bir ailədən 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydıbackend

DİN bir ailədən 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Ağdaş rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən NOCOMMENT.az-a bildirilib ki, fevralın 6-da saat 23 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində İ.Səbirlinin idarə etdiyi “Mercedes” və S.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əhmədov və sərnişinləri olan qızı və anası hadisə yerində ölüblər.

Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.