DİN-dən avtomobillərin üzərinə bayraq vuranlara MÜRACİƏTbackend

DİN-dən avtomobillərin üzərinə bayraq vuranlara MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə – şüşələrinə, kuzaya bayraq vurula bilməz. Bayraq müqəddəsdir, bayraq ucalıqdır. Onu qorumaq, onu uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir, borcudur.

NOCOMMENT.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Şöbə rəisi vurğulayıb ki, nəqliyyat vasitələrində vurulan bayraq pərdə, günlük kimi istifadə olunmamalıdır:

“O bayraqlar yağışın, küləyin təsirinə məruz qalır. Bunu nəzərə alaraq, yol polisi tərəfindən bu istiqamətdə profilaktik tədbirlər görülür.

Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında Qanuna görə Dövlət Bayrağının yerləşdirilməli olduğu yerlər sırasında şəxsi nəqliyyat vasitələrinin şüşə və kuzalarına bayraq vurulması ilə bağlı qeyd yoxdur.

Nəqliyyat vasitələrinin sürücüləri və sahibləri bu halları vaxtında aradan qaldırılmalıdır k, yollarda narahatlıq yaranmasın”.