DİN-dən bayram günləri ilə bağlı ÇAĞIRIŞ – VİDEObackend

DİN-dən bayram günləri ilə bağlı ÇAĞIRIŞ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları milli birlik, qarşılıqlı hörmət və məsuliyyətin rəmzidir. Bu əlamətdar günlərin əmin-amanlıq şəraitində və xoş əhval-ruhiyyədə keçməsi üçün hamılıqla təhlükəsizlik qaydalarına əməl etmək vacibdir.

Bu günlərdə hər kəsdən ictimai yerlərdə nizam-intizamla davranmaq, kütləvi tədbirlərdə ehtiyatla hərəkət etmək, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinmək, yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək xahiş və tələb olunur.

Bayramınız təhlükəsiz keçsin!”, – deyə məlumatda qeyd edilib.