DİN-dən jurnalistin bank dələduzları ilə bağlı yazdıqlarına münasibətbackend

DİN-dən jurnalistin bank dələduzları ilə bağlı yazdıqlarına münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aygün Muradxanlının bank dələduzları ilə bağlı paylaşımına münasibət bildirib.

NOCOMMENT.az -ın məlumatına görə DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, nazirlik jurnalistin paylaşımını nəzarətə götürüb.

“DİN jurnalistə təşəkkür edib, məsələ nəzarətə götürülərək araşdırılır”, – o vurğulayıb.

Qeyd edək ki, jurnalist A.Muradxanlı sosial şəbəkələrdə paylaşım edərək ona bir nəfərin zəng etdiyini, bank köçürmələrinin dəqiqləşdirməsi üçün bank hesabı istədiyini deyib.