DİN-dən kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMAbackend

DİN-dən kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu ərazisində yerləşən “Etalon” yaşayış kompleksində kütləvi dava baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo–a açıqlamasında bildirib ki, bununla əlaqədar Yasamal Rayon 29-cu Polis Şöbəsində araşdırma aparılıb:

“Müəyyən olunub ki, həmin dava iyunun 15-də, gecə saat 23:00 radələrində baş verib.

Onu da qeyd edək ki, orada heç bir kütləvi davadan söhbət gedə bilməz. İki nəfər mübahisə edib, binada yaşayan bəzi qonşular isə onları sakitləşdirmək üçün aşağı düşüb.

Həyata keçirilən tədbirlərlə həmin şəxslərin hər ikisinin şəxsiyyəti dəqiqləşdirilib. Onlardan biri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir, qısa zamanda həmin şəxsin saxlanılması da təmin ediləcək. Müvafiq araşdırmalar aparılır”.