DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bloger Mehman Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb”.

Bunu NOCOMMENT-ə açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, M.Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub: “Məlumatın yoxlanılması məqsədilə saxlanılan Mehman Hüseynovdan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün Abşeron rayonu ərazisində saxlanılan M.Hüseynov bir neçə saat sonra sərbəst buraxılıb.