DİN-dən müharibə iştirakçısının iddialarına REAKSİYAbackend

DİN-dən müharibə iştirakçısının iddialarına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunun Varlı kənd sakini, Vətən müharibəsinin iştirakçısı Kamil Məmmədov iyulun 13-də sosial şəbəkədə paylaşdığı videogörüntüdə rayonun icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları tərəfindən guya təzyiqə məruz qaldığını bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov NOCOMMENT.az-a bildirib ki, Kamil Məmmədovun iddiası həqiqəti əks etdirmir.

Z.Hüseynov qeyd edib ki, Kamil Məmmədov Vətən müharibəsinin iştirakçısı olaraq həmişə diqqət və qayğı ilə əhatə olunub:

“Ona 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilib, Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilib və maddi yardım ayrılıb. Bütün bunlara baxmayaraq Kamil Məmmədov ötən ilin avqust ayında rayon polis şöbəsinə ərizə ilə müraciət edərək kəndin icra nümayəndəsinin onu təhqir etdiyini bildirib. Bununla bağlı aparılan araşdırma zamanı fakt təsdiqini tapmayıb.

DİN rəsmisinin sözlərinə görə, o, şikayətlərini davam etdirdiyi üçün yenidən polis şöbəsinə dəvət edilib:

“Onunla müvafiq söhbətlər aparılıb, izahlar verilib. Bundan sonra Kamil Məmmədov yenidən ərizə verərək heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilməyib, əksinə ona diqqət və hörmətlə yanaşılıb”.