DİN-dən Qazaxda qızın qaçırılması ilə bağlı AÇIQLAMAbackend

DİN-dən Qazaxda qızın qaçırılması ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Qazaxda 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov NOCOMMENT-ə bildirib ki, hadisə ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinə müraciət daxil olub: “Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Qazaxda 17 yaşlı qızın qaçırılması barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün Facebook səhifəsində paylaşım edib./report