DİN-dən sosial şəbəkədə zorakılıq gördüyü iddia edilən qızla bağlı AÇIQLAMAbackend

DİN-dən sosial şəbəkədə zorakılıq gördüyü iddia edilən qızla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün sosial şəbəkələrdə 14 yaşlı qızın ailə yaxınları tərəfindən zorakılığa məruz qalması ilə bağlı paylaşımlar edilib.

Məlumatlarda iddia edilir ki, qızın xalasının əri və xalası oğlu ona qarşı müxtəlif zorakılıq cəhdləri ilə onu narahat edirlər. Bununla bağlı qız anasına məlumat versə də, anası uşağa inanmayıb və qohumlarına şər atdığını deyib.

Eyni zamanda məlumatda o da qeyd olunub ki, qız polisə müraciət etmək istəyib, lakin iddialara görə, anası polisin ona inanmayacağını deyib.

NOCOMMENT xəbər verir ki, oxu.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından bildirilib ki, 14 yaşlı qızın yaşadığı ünvan dəqiqləşdirilib və o, paytaxtdakı sığınacaqlardan birinə yerləşdirilib: “Yeniyetmə qız polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Onunla profilaktik söhbətlər aparılıb. Məsələ ilə bağlı araşdırma davam etdirilir”.