DİN-dən sürücülərə MÜRACİƏTbackend

DİN-dən sürücülərə MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayonunda dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi ilə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT.az-a bildirilib ki, rayon dövlət yol polisi şöbəsinin əməkdaşları qaydalara əməl etməyən sürücülərə qarşı, eyni zamanda, yeraltı-yerüstü piyada keçidlərindən düzgün istifadə etməyən piyadalarla bağlı təbliğat xarakterli profilaktik işləri genişləndirib.

Yol hərəkəti qaydalarını pozan sürücü və piyadalar aşkarlanaraq barələrində müvafiq tədbirlər görülməklə, onların hər biri ilə profilaktik söhbətlər aparılıb.

Vurğulanıb ki, hər bir hərəkət iştirakçısı qaydalara əməl etməli, özünün və digər şəxslərin həyatına, sağlamlığına, əmlakına etinasızlıq göstərməməlidir.