Son günlərdə instaqram platformasında insanları aldadan dələduzlar peyda olublar.
NOCOMMENT xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, sosial mediada, əsasən instaqram platformasında yaradılmış saxta (məs: giveaway qalibləri) səhifələrdən vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazaraq iştirak etdikləri “giveaway” adlı yarışların qalibi olduqları barədə məlumat verilir.
Belə ki, hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir.
Nazirlik vətəndaşların bu tipli mesajlara inanmamasını və heç bir halda ödəniş etməmələrini tövsiyə edir.