DİN-dən yas mərasimi təşkil edənlərə XƏBƏRDARLIQbackend

DİN-dən yas mərasimi təşkil edənlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Salyanda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb. Məlumata görə, Salyan rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.

Məlumdur ki, pandemiya dövründə yas mərasimlərinin təşkili ilə bağlı Operativ Qərargahın qadağası hələ də qüvvədədir. Lakin qanunları pozaraq yas məclisləri təşkil edənlərin sayı heç də az deyil. Bəs görəsən, bu şəxslərlə bağlı hansı tədbirlər görülür?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın suallarını Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb. O bildirib ki, belə məclisllərin təşkili aşkar edildikdə hüquqi və fiziki şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin birinci hissəsinə uyğun olaraq tərtib olunur: “Ümumilikdə dəfn mərasimləri istisna olmaqla yas mərasimləri ilə bağlı hansısa formada kütləvi toplaşmağa Nazirlər Kabinetinin yanında Operativ Qəraragah tərəfindən qadağa qoyulub. Bu nümunədə də konkret şəxslərlə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. Aşkarlanan hallarla bağlı tədbirlər davam etdirilir”.

Pandemiya dövründə yas mərasimlərinin təşkili ilə bağlı saxlanılan şəxslərin sayına gəlincə, DİN rəsmisi bildirdi ki, bununla bağlı dəqiq statistika yoxdur.

“Vətəndaşları pandemiya şəraitində qoyulan qadağalara əməl etməyə çağırırıq”, – deyə Elşad Hacıyev bildirib.