DİN-dən yetkinlik yaşına çatmayan qızın qaçırılması iddiasına cavabbackend

DİN-dən yetkinlik yaşına çatmayan qızın qaçırılması iddiasına cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün günorta saatlarında Moderator.az-a müraciət edən Kəlbəcər rayon sakini yetkinlik yaşına çatmayan qızının qaçırıldığını bildirərək Daxili İşlər Nazirilyinin rəhbərliyindən kömək istəmişdi. 

NOCOMMENT.az -ın məlumatına görə DİN-də bildirilib ki, qız valideynlərinin iddia etdiyi kimi zorla qaçırılmayıb, öz istəyi ilə gedib:

“DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, noyabr ayının 12-də Yevlax rayonun Meyvəli kəndində 2004-cü il təvəllüdlü qızın zorla qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı araşdırmalara başlanılıb. Qızın zorla qaçırılması barədə məlumat yoxlanılıb və öz təsdiqini tapmayıb. Həmin qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib və qaçırıldığı iddia olunan qızla anası arasında telefon rabitəsi yaradılaraq danışdırılıb. Hazırda müvafiq araşdırmalar davam etdirilir.

Əlavə edim ki, qızın qaçırılması ilə bağlı araşdırmalara polisin etinasız yanaşması barədə mətbuatda yayılan iddialar əsassızdır. Məlumat daxil olduqdan sonra dərhal nəzarətə götürülüb və müvafiq tədbirlərin keçirilməsi təmin edilib”.