DİN-ə məxsus avtomobillər satışa çıxarılır: 1200 manatdan başlayaraqbackend

DİN-ə məxsus avtomobillər satışa çıxarılır: 1200 manatdan başlayaraq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti dəfə hərrac təşkil edəcək.

NOCOMMENT nazirliyə istinadən xəbər verir ki, hərraca 14 nəqliyyat vasitəsi çıxarılıb. Həmin nəqliyyat vasitəslərinin tam siyahısı ilə burada tanış ola bilərsiniz:

13 oktyabr 2020-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

S/N Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası  

Buraxılış ili

Start qiyməti

(manatla)

 

10% beh

(manatla)

1. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı BMW 320 2007 5500 550
2. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FİAT Doblo 2007 3500 350
3. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FİAT Doblo 2009 3800 380
4. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FİAT Doblo 2011 4500 450
5. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabirabad Rayonlararası Mühafizə Bölməsi Hyundai Sonata 2006 5000 500
6. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabirabad Rayonlararası Mühafizə Bölməsi VAZ-2106 2004 1200 120
7. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İsmayıllı Rayonu Dövlət Səğorta Filialı VAZ-2107 2007 1300 130
8. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Nissan Maxima 2007 6000 600
9. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi QAZ-31029 1992 1600 160
10. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Nəqliyyat Təlim Tədris Mərkəzi” MMC QAZ-3110-600 2003 2300 230
11. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Nissan Altima 2005 6000 600
12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutu QAZ-24 1970 3000 300
13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutu Mercedes Benz 280 1988 4000 400
14. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutu UAZ-3303-01 1987 2000 200

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Qeyd edək ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.