DİN feysbukda xoşagəlməz rəyin yazılması barədə açıqlama verdi: Montajdırbackend

DİN feysbukda xoşagəlməz rəyin yazılması barədə açıqlama verdi: Montajdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi feysbuk səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, sosial şəbəkələrdə yayılan foto montajdır.

Qeyd edək ki, sosial şəbəkələrdə DİN-in rəsmi hesabından vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” yazılması iddiası ilə foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.