DİN-in 4 polkovnikinə general-mayor rütbəsi verildi – SİYAHIbackend

DİN-in 4 polkovnikinə general-mayor rütbəsi verildi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

NOCOMMENT.az xəbər verir ki sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilir:

polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə

polis polkovniki İslam Möhsüm oğlu Hümbətova

polis polkovniki Əkbər Məcid oğlu İsmayılova

polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.