DİN-in generalı işdən çıxarıldıbackend

DİN-in generalı işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yüksək vəzifəli general işdən çıxarılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə lent.az məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini, Şəxsi Heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Xatırladaq ki, V.Əliyev Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2004-cü il tarixli 392 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Kоmandanının müavini, Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, Vidadi Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin keçmiş müavini general-leytenant Vahid Əliyevin qardaşıdır.