DİN-in Mətbuat Xidmətində yeni təyinat olubbackend

DİN-in Mətbuat Xidmətində yeni təyinat olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarında təyinat olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən polis baş leytenantı Nizam Həmidov DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru təyin edilib.

Qeyd edək ki, daha əvvəl DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektor vəzifəsində polis baş leytenantı Toğrul Nəsirli çalışırdı. O, nazirin müvafiq əmrləri ilə əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölməsinə inspektor, daha sonra Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinə inspektor təyin olunub.

N.Həmidov isə bundan öncə DİN Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru vəzifəsində çalışırdı. Hazırda bu vəzifəyə yeni təyinat yoxdur.