DİN: Qadın körpəsini qoruduğu üçün əri tərəfindən döyüldübackend

DİN: Qadın körpəsini qoruduğu üçün əri tərəfindən döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat xidmətindən bildirilib ki, 29.09.2021-ci il tarixində vətəndaş L.İsgəndərova DİN-in “102” Xidməti Zəng Mərkəzinə zəng edərək qohumu S.-in həyat yoldaşı Səbuhi Bayramov tərəfindən döyüldüyünü bildirib:

“Daxil olan məlumatla bağlı Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində Abşeron rayonu Xırdalan şəhərində yaşayan zərərçəkən S.N.-in ərizəsi alınıb. O, ərizəsində 29.09.2021-ci ildə Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan bibisinin evində olan zaman həyat yoldaşı Səbuhi Bayramov saat 20:00 radələrində ora gəlib evdən ayrıldığı üçün onu döyərək bədən xəsarətləri yetirib. S.N.-in xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib”.

NOCOMMENT xəbər verir ki, Səbuhi Bayramov saxlanılaraq 6-cı Polis Bölməsinə gətirilib. O, izahatında həyat yoldaşını döydüyünü etiraf edib.Təyin edilən ekspertizanin rəyindən sonra onun əməlinə hüquqi qiymət veriləcək.