DİN sosial çarx hazırlayıbbackend

DİN sosial çarx hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat xidməti narkotik vasitələrin insanların həyat və sağlamlığına vurduğu zərərdən bəhs edən növbəti sosial çarx hazırlayıb.

Bu barədə NOCOMMENT-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

“Bildiyiniz kimi, müasir dünyanı narahat edən əsas problemlərdən biri də narkomaniyadır. Bu bəlaya düçar olan şəxslərin həyatları əksər hallarda faciə ilə sonlanır. Bu səbəbdən hər bir ölkə narkomaniyanın qarşısının alınması üçün çox ciddi profilaktik tədbirlər görməli, lazımi izahat işi aparmalı, narkomaniyanın cəmiyyət üçün nə qədər təhlükəli olduğunu nümayiş etdirməlidir”, – deyə mətbuat xidmətindən bildirilib.