DİN: Taksi sürücüləri ilə bağlı çoxlu şikayət varbackend

DİN: Taksi sürücüləri ilə bağlı çoxlu şikayət var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin qadın sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır”.

Bunu NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə qadın vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır: “Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.