DİN VƏ ADRA narkotiklə mübarizədə əməkdaşlıq edəcəkbackend

DİN VƏ ADRA narkotiklə mübarizədə əməkdaşlıq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) əhalinin müxtəlif təbəqələri arasında anti-narkotik təbliğatı işinin səmərəsinin artırılması məqsədilə birgə fəaliyyətə başlayıb.

Bu barədə NOCOMMENT.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

​Birgə fəaliyyətin əsas istiqaməti antinarkotik təbliğatın və ictimai maarifləndirmənin daha da gücləndirilməsi ilə yanaşı narkotiklərin zərərlərini özündə əks etdirən sosial reklamların geniş kütləyə çatdırılmasını təmin etməkdir.