“Dinamo” ilə oyunöncəsi “Qarabağ”a ŞAD XƏBƏRbackend

“Dinamo” ilə oyunöncəsi “Qarabağ”a ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın futbolçusu Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” ilə cavab matçında meydana çıxa biləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Romao mövsümdə 3-cü sarı vərəqəni alsa da, UEFA-nın yeni qaydalarına əsasən Zaqreb klubu ilə cavab matçında cəzalı durumda olmayacaq. Yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə “Dinamo” 3:0 hesablı qələbə qazanıb.