Dindarlığınızı, hacılığınızı axirətdə Allaha göstərərsiniz – Deputatdan ETİRAZbackend

Dindarlığınızı, hacılığınızı axirətdə Allaha göstərərsiniz – Deputatdan ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beş nəfər tanınmış insan oruc tutur, digərləri tutmursa, bu, istər-istəməz digərlərinin sanki milli -mənəvi dəyərlərə laqeyd yanaşması düşüncəsini ortaya qoyur”.

NOCOMMENT.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.

Deputat ona son günlər oruc tutması ilə bağlı sual ünvanlandığını qeyd edərək, sosial şəbəkə hesabında aşağıdakı sözləri yazıb:

“Halbuki oruc tutmaq, namaz qılmaq, Həcc ziyarətinə getmək kimi ibadətlər insana imtiyaz deyil, daha artıq məsuliyyət yükləyir. Azərbaycanda insanların xeyli hissəsi məhz məsuliyyəti anlamadan bu ibadətləri edir. Çevrədə fərqliliyini göstərmək, hansısa icmaya mənsub olmaq, öz şəxsiyyətini dindar obrazda təqdim etməklə etibarlılq qazanmaq məqsədi güdürlər. Nə gözəl deyilmiş: Mənə insanlığınızı göstərin, dindarlığınızı, möminliyinizi, hacılığınızı axirətdə Allaha göstərərsiniz. Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır. Ali insan dəyərlərinə sahib olan hər kəs, fikrimcə, ibadətli-ibadətsiz olsun, İslam dininin yetişdirməyi hədəflədiyi insandır!”.