Dini Komitə 800 min manata portal açır – “Amin”backend

Dini Komitə 800 min manata portal açır – “Amin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) “Best Solutions” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə “Amin” portalının yaradılması nəzərdə tutulur.

Satınalma müqaviləsinin maliyyə dəyəri 802 860,2 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

“Best Solution” MMC 21 yanvar 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Jana Krimpedir. “Best Solution” MMC “ASAN İmza” xidmətinin təminatçısıdır.