Diplomat İstanbul aeroportunda intihar etdi-VİDEObackend

Diplomat İstanbul aeroportunda intihar etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Hava Limanında intihar hadisəsi qeydə alınıb.

NOCOMMENT “Hürriyet”ə istinadən xəbər verir ki, liberiyalı diplomat Aberkah Samuel Kkvame həyat yoldaşı və uşaqlarının gözü qarşısında təxminən 25 metr hündürlükdən özünü atıb.

Belə ki, Aberkah Samuel Kkvame adlı liberiyalı diplomat arvadı və iki uşağı ilə taksi ilə hava limanına gedib. O, taksidən düşən kimi özünü hündürlükdən yerə atıb.

Beton döşəməyə yıxılan diplomat həyatını itirib. Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Liberiyalı diplomatın meyiti ekspertiza üçün məhkəmə-tibb institutuna aparılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.