Diplomat konfransda çıxışı zamanı öldü – VİDEObackend

Diplomat konfransda çıxışı zamanı öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanından olan diplomat Məhəmməd əl-Qahtani Misirdə Ərəb-Afrika konfransında çıxışı zamanı dünyasını dəyişib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, diplomat tribunada çıxış edərkən qəfil huşunu itirib. Onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi hələlik məlum deyil.

Diplomatın son sözləri belə olub: “Ölüm haqdır və harada olmağımızdan asılı olmayaraq bizi haqlayacaq. Rəbbi ilə sağlam qəlblə görüşənlərdən başqa heç kimin dəyəri yoxdur”.