Diplomunu Buş və Klintondan alan Mərkəzi Bank sədrinin qardaşı kimdir? – FOTOLARbackend

Diplomunu Buş və Klintondan alan Mərkəzi Bank sədrinin qardaşı kimdir? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən keçirilən iclasında Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib və onun yerinə Taleh Kazımov İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, əslən Cəbrayıl rayonun Soltanlı kəndindən olan Taleh Kazımov tanınmş ailənin üzvüdür. Taleh Kazımovun atası Tahir Kazımov tanınmış yazıçı olub. Eyni zamanda polkovnik rütbəsi daşıyan Tahir Kazımov uzun illər polis zabiti kimi daxili işlər orqanlarında xidmət edib.

Taleh Kazımovun əmisi Qəzənfər Kazımov isə Azərbaycanın tanınmış dilçi professorudur.

Taleh Kazımovun babası Allahverdiyev Şirin Kazım oğlu isə Soltanlı kəndində məktəb direktoru olub və 1943-cü ildə İkinci Dünya Müharibəsi zamanı cəbhədə həlak olub.

Taleh Kazımovun babasının adını daşıyan qardaşı Şirin Kazımov isə hazırda ABŞ-ın tanınmış psixoloqlarından biri hesab olunur. Şirin Kazımov ABŞ-ın məşhur “Austen Riggs” adlı psixiatriya xəstəxanası və klinik tədqiqat mərkəzində çalışır.

Şirin Kazımov 2 dekabr 1975-ci ildə Bakıda anadan olub. Nəsimi rayonu 1 saylı orta məktəbi və Azərbaycan Tibb Universitetinin müalicə-proflaktika fakültəsini bitirib. 2004-2006-cı illərdə ABŞ-ın Luiziana ştatındakı Tuleyn Universitetində magistraturada təhsil alıb.

Şirin Kazımovun məzunluğu Nyu Orlean şəhərindəki 70 mindən çox tamaşaçı tutan mərkəzi stadionunda baş tutub. Tədbirdə ABŞ-ın sabiq prezidentləri Corc Buş (41-ci prezident) və Bill Klinton (42-ci prezident) da iştirak ediblər. Universiteti fərqlənmə diplomu ilə bitirən 16 nəfərin diplomunu Corc Buş və Bill Klinton təqdim edib.

Diplomun təqdimolunma mərasimində Şirin Kazımovun atası Tahir Kazımov və anası Gülxanım Kazımova da iştirak ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün – aprelin 13-də imzaladığı sərəncamla Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.