DİQQƏT: Azərbaycanda bu dövlət əmlakları hərraca çıxarılacaqbackend

DİQQƏT: Azərbaycanda bu dövlət əmlakları hərraca çıxarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac dekabrın 1-də təşkil ediləcək. Hərraca 36 dövlət əmlakı çıxarılacaq. Bunlardan 28-i kiçik dövlət müəssisəsi və obyekti, 8-i isə nəqliyyat vasitəsidir.

Bu barədə NOCOMMENT.az-a Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə burada tanış olmaq mümkündür:

(https://bit.ly/34V6Wr5, https://bit.ly/2HXwMS6, https://bit.ly/3jXcPYM).

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.