Diqqət çəkən artım: Hər 36 uşaqdan birində müşahidə olunurbackend

Diqqət çəkən artım: Hər 36 uşaqdan birində müşahidə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə autizm nisbəti hər 44 uşaqdan biri olduğu halda, son araşdırmalarda bu nisbətin 36 uşaqdan biri olduğu müşahidə edilib. Autizm hallarında artım olduğunu qeyd edən mütəxəssislər xəbərdarlıq ediblər.

NOCOMMENT xəbər verir ki, 1985-ci ildə hər 2500 uşaqdan birində autizm müşahidə edildiyi halda, ABŞ-da aparılan son tədqiqatlar göstərir ki, bu gün hər 8 yaşlı 36 uşaqdan birində autizm riski var.

Bu nisbətin digər ölkələrdə də eyni olduğu təxmin edilir. Mütəxəssislər xəbərdarlıq edir ki, autizmdə erkən diaqnoz və uğurlu təhsil çox vacibdir.