DİQQƏT: Dolların satışına limit qoyuldu: Manat ucuzlaşır?backend

DİQQƏT: Dolların satışına limit qoyuldu: Manat ucuzlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banklar həm sahibkarlara, həm də vətəndaşlara xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edir. Artıq xarici valyutanı günün birinci yarısı ərzində almaq olar. Belə bir şey Azərbaycanda indiyə qədər olmamışdı. Amma xeyli müddətdir ki, vəziyyət belədir.

NOCOMMENT.az xəbər verir ki, bunu ARB-24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib. O bildirib ki, dolların alışına da limit tətbiq edilir:

“Limitdən yuxarı məbləğə görə vətəndaşlar vergi ödəməlidir. Hesab edirəm ki, bu məhdudiyyətlər Mərkəzi Bank tərəfindən tətbiq edilir. Çünki valyuta əməliyyatı bankların gəlir mənbələrindən biridir”.

Ekspert qanunvericilikdə və Mərkəzi Bankın normativ aktlarında bu cür məhdudiyyətin olmadığını vurğulayıb. İqtisadçının sözlərinə görə, bu il dolların bahalaşması gözlənilmir. / Axar.az