DİQQƏT: Ermənilər Qarabağda atəşkəsi pozdu: ölən və yaralananlar varbackend

DİQQƏT: Ermənilər Qarabağda atəşkəsi pozdu: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 27-də erməni silahlıları Qarabağda Xocavənd rayonunun Tuğ kəndi istiqamətində atəşkəsi pozublar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Həbib Müntəzir özünün facebook hesabında paylaşım edib:

“DTX və XTQ tərəfindən Xocavənd rayonu Tuğ kəndi istiqamətində antiterror əməliyyatı həyata keçirilir. Erməni diversantlarının hücumu nəticəsində 2 hərbçimiz şəhid olub, 5 nəfər yaralanıb, 1 nəfər isə əsir düşüb. Ermənilərdən isə 6 nəfər məhv edilib və 6 nəfər əsir götürülüb.

Ermənilər qazdıqları iri tunel vasitəsiylə diversiya hücumu təşkil ediblər, hazırda əks antiterror əməliyyatı keçirilir”.

Eyni zamanda erməni diversantların Zəngilandakı komendant postuna da hücum etdikləri, nəticədə Azərbaycan tərəfdən 1 nəfər hərbçinin yaralandığı deyilir.

Erməni mənbələri iddia edirlər ki, artıq neçə saatdır Hadrut istiqamətində hərbi əməliyyatlar gedir, erməni tərəfindən yaralılar var.

Azərbaycan Müdafiə Nazirliyi baş verənlərlə bağlı hələ ki, heç bir rəsmi açıqlama verməyib.