DİQQƏT: Etibarnamə ləğv olunur, avtomobili belə idarə edəcəksinizbackend

DİQQƏT: Etibarnamə ləğv olunur, avtomobili belə idarə edəcəksiniz  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda etibarnamə ilə avtomobil alqı-satqısı hələ də geniş yayılıb. Lakin bu sistem bir çox hallarda vətəndaşlar üçün ciddi problemlərə səbəb olur.

Bəs, etibarnamə ilə satış mexanizmi tamamilə ləğv edilməlidir, yoxsa müəyyən qaydalar çərçivəsində tənzimlənməlidir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, etibarnamə ilə avtomobil idarə etməyə ən azından yaxın qohumlar və ailə üzvləri arasında ehtiyac olmamalıdır:

“Düzdür, DYP burada sui-istifadə halları ola biləcəyini əsas gətirir. Amma kiminsə icazəsiz avtomobili idarə etməsi artıq oğurluq və şəxsi mülkiyyətə müdaxilə kimi cinayət məsuliyyəti yaradır. Yəni bu, ayrıca bir məsələdir.”

Ekspertin sözlərinə görə, etibarnamə sistemi ümumilikdə ləğv edilməlidir:

“Ər-arvad nikah dövründə avtomobili birgə əldə ediblərsə, bu, artıq ortaq əmlak sayılır. Buna baxmayaraq, birinin digərinə etibarnamə verməsi absurddur. Avtomobilin qeydiyyat şəhadətnaməsi varsa, bu, avtomatik etibar deməkdir. Əgər kimsə maşını oğurlayıbsa, bu, etibarnamə ilə bağlı məsələ deyil, cinayətdir.”

Yasin Mustafayev əlavə edib ki, inkişaf etmiş ölkələrdə etibarnamə ilə avtomobil idarəetmə praktikası yoxdur və Azərbaycan da bu sistemdən imtina etməlidir.