DİQQƏT: Kapital Bank müştərilərdən kaşbeki necə kəsir?! – ŞİKAYƏTbackend

DİQQƏT: Kapital Bank müştərilərdən kaşbeki necə kəsir?! – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin ən iri şəbəkəsinə və müştəri bazasına malik Kapital Bankdan daha bir özbaşnalıq.

NOCOMMENT.az-a daxil olan vətəndaş şikayətində bildirilir ki, önlayn ödənişlər zamanı Kapital Bankın birbank mobil tətbiq üzərindən bank vətəndaşın onlayn alış-verişinə nəzarət edir və bu zaman bank istədiyi siyasəti həyata keçirdir.

Belə ki, bank birbank mobil tətbiqində kaşbek sistemini izləyərək vətəndaşa məhdudiyyətlər tətbiq edərək, onun daha çox kaşbek qazanmasını məhdudlaşdırır. Yəni vətəndaş ay ərzində kaşbek əldə etmək üçün Yanacaq Doldurma Məntəqələri (YDM) və Marketlər bölməsini seçərək buradan daha çox ödəniş edib kaşbek qazanırdısa, bank bunu dərhal görür və növbıti ayın 1-dən həmin YDM və Marketlər bölməsini mobil tətbiqin kaşbek qazan bölməsindən tamamilə çıxardır. Bu zaman vətəndaşa onun istifadə etmədiyi və ona uyğun olmayan digər sahələr təklif edir. Bununla da Kapital Bank Birbank mobil tətbiqi istifadə edən həmin vətəndaşların kaşbek ilə geri dönüş edərək əlavə qazanmasını məhdudlaşdırır.

Ölkənin 6 milyona yaxın müştərisi olan ən iri bankından bu utanverici addımı görmək həqiqətən də məyusedicidir. Sözügedən məsələ ilə əlaqədar Kapital Bankın aidiyyatı struktur bölməsi ilə əlaqə yaratmaq cəhdlərimiz boşa çıxdı. Ümid edirik ki, bankın birbank mobil tətbiqində vətəndaşlara Kaşbek üzərindən tətbiq edilən bu məhdudiyyət və məcburu istiqamətləndirmə faktına aydınlıq gətiriləcək.

Qeyd edək ki, hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir.

Onu da qeyd edək ki, “Kapital Bank” ASC-nin səhmlərinin 81.08%-i “Paşa Holdinq” MMC-yə, 7,52 %-i “Paşa Sığorta” ASC-yə, qalan 11,40%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalının miqdarı 265 849 999.85 AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.