DİQQƏT: “Mercedes” minlərlə avtomobilini geri çağırırbackend

DİQQƏT: “Mercedes” minlərlə avtomobilini geri çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Mercedes” şirkəti V8 mühərriki ilə təchiz edilmiş “S-Class” modellərində yaranmış nasazlıqla əlaqədar maşınların geri çağırıldığını açıqlayıb.

NOCOMMENT.az bu barədə İxbt.com portalına istinadən xəbər verib.

Qeyd olunur ki, söhbət 2021-2023-cü illərdə istehsal edilən “Mercedes S580” və “Mercedes-Maybach S580” modellərindən gedir. Ümumilikdə şirkətin 27 min avtomobilində nasazlıq aşkar edilib.

Məlumatda həmçinin bildirilir ki, hər iki avtomobil 4 litrlik V8 mühərrikindən istifadə edir və 496 at gücünə malikdir.