DİQQƏT! Noyabrın 15-dən bu telefonlarda “WhatsApp” işləməyəcəkbackend

DİQQƏT! Noyabrın 15-dən bu telefonlarda “WhatsApp” işləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən populyar onlayn mesajlaşma tətbiqi WhatsApp, sabahdan etibarən bir çox köhnə tarixli smartfonlara yeniləmə dəstəyi verməyi dayandıracaq.

NOCOMMENT.az manset.az-a istinadən xəbər verir ki, tətbiqə əlavə edilən son xüsusiyyətlərin, köhnə telefonlarda aparat çatışmazlığı səbəbindən istifadə çətinliklərinə yol açdığını bildirən şirkət, son yeniləməsi ilə 2016-cı ildə buraxılan smartfonları dəstək xaricində qoyacaq. Bu telefonlar ilkin mərhələdə yeniləmə dəstəyi ala bilməyəcək, müəyyən bir müddət sonra isə yeniləmə edilə bilmədiyi üçün tamamilə WhatsApp-a daxil olmaq mümkün olmayacaq.

Bu dəyişiklikdən yüzlərlə telefon modelinin təsirlənməsi gözlənilir, yeniləmə dəstəyi dayandırılacaq ən populyar cihazlar isə aşağıdakı kimidir:

Android

– Huawei Mate 9 Pro

– Samsung Galaxy S7

– Xiaomi Mi Note 2

– HTC 10 evo

– Sony Xperia XZ

– Xiaomi Mi 5 Pro

– Samsung Galaxy C9 Pro

iOS

– iPhone 6
– iPhone 6s