DİQQƏT: Özəl şirkətlər də ölkəyə koronavirus vaksini gətirsin – TƏKLİFbackend

DİQQƏT: Özəl şirkətlər də ölkəyə koronavirus vaksini gətirsin – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda vaksinasiya zamanı alternativ yollardan da istifadə etməliyik.

NOCOMMENT.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, dövlətin gətirəcəyi və əhaliyə pulsuz təqdim edəcəyi vaksinlərlə yanaşı, özəl şirkətlərə də şərait yaratmalıyıq ki, onlar da başqa şirkətlərin, dərman istehsalçılarının vaksinlərini ölkəyə gətirə bilsinlər və vətəndaşlarımızın vaksin seçimi də olsun:

“Əgər kimsə dövlət tərəfindən pulsuz təqdim etdiyi vaksini vurdurmaq istəmirsə, özəl şirkətlərin gətirdiyi vaksindən istifadə etsin. Bunun üçün Ümumdünya Səhyyə Təşkilatı tərəfindən qeydiyyata alınan vaksinlərin özəl şirkətlər tərəfindən ölkəyə gətirilməsinə şərait yaratmalıdır ki, vətəndaşlarımızın da seçim imkanları olsun”.