DİQQƏT: Rus sülhməramlıları Qarabağda ərazilərə yenidən DƏYİŞİKLİK ETDİbackend

DİQQƏT: Rus sülhməramlıları Qarabağda ərazilərə yenidən DƏYİŞİKLİK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda sülhməramlı qüvvələrin olduğu ərazilərin əks olunduğu xəritəyə yenidən düzəliş edib.

NOCOMMENT.az xəbər verir ki, bu dəfə Dağlıq Qarabağın şimalında, Ağdərə rayonu ərazisindən iki istiqamət üzrə sərhədlər irəliyə çəkilib.

Qeyd edək ki, bu sülhməramlı qüvvələrin ilk belə xəritə manipulyasiyası deyil. Dekabrın 13 tarixli xəritədə də Rusiya Müdafiə Nazirliyi sülhməramlıların yerləşməsi üçün 11 noyabrda elan etdiyi və 25 noyabrda “dəqiqləşdirdiyi” xəritəni “yenilədi”. Yeni “xəritədə” rus sülhməramlılarının artıq Köhnə Tağlar və Çaylaqqala ərazilərinə qədər gəldi.

Lakin Azərbaycan tərəfinin rəsmi səviyyədə etirazından sonra yeni xəritədə Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinin yenidən Azərbaycan Ordusunun nəzarətində olan ərazilər kimi göstərilib.