Diqqətli olun, kamera çəkir: artıq cərimə yazılacaq – VİDEObackend

Diqqətli olun, kamera çəkir: artıq cərimə yazılacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol Polisi İdarəsi paytaxt ərazisində tez-tez zolağını dəyişərək manevr qaydalarını kobud şəkildə pozan sürücülərə xəbərdarlıq edib.

NOCOMMENT xəbər verir ki, xəbərdarlıqda bu cür qaydaları pozanlara kameralar vasitəsi ilə ciddi nəzarət edildiyi və aşkar edilən sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunacaqları bildirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Araz Əsgərli bildirib ki, yol polisi idarəsinin ”Hərəkətə Nəzarət” mərkəzində xüsusi texniki vasitələrlə aşkarlanan qayda pozuntularının içərisində tez-tez zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozaraq, digər sürücülərə təhlükəli vəziyyət yaradanlara çox rast gəlinir. Bu səbəbdən də yol polisi belə intizamsız sürücülərə ciddi xəbərdarlıq edib.

Elə ”Hərəkətə Nəzarət” mərkəzinin kameralarına düşən görüntülərdən də bu aydın şəkildə görünür. Yolda tez-tez zolaqları dəyişən sürücülər hətta ağır qəzalara belə səbəb olurlar.

Onun sözlərinə görə, zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozan sürücülər zənn etməsinlər ki, onların bu əməlinə qiymət verilməyəcək. 24 saat şəhər küçələrinə nəzarət edilən mərkəzdən həmin sürücülər aşkar edilir və qanuna uyğun şəkildə cərimə olunurlar.

Yol polisi sürücülərə bir daha xəbərdarlıq edir ki, belə qayda pozuntularına yol verməsinlər. Bu, yolun ümumi nizamına təsir edən əsas amillərdən biridir. Həmçinin belə hallar zamanı yollarda süni sıxlıqların yaranmasına da səbəb olur.