Direktor Arif Rüstəmov müqaviləyə imza atdı- 1 rəis, 7 mühafizəçiyə görə 121 min manat…backend

Direktor Arif Rüstəmov müqaviləyə imza atdı- 1 rəis, 7 mühafizəçiyə görə 121 min manat…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin Qazax filialının “Mühafizə xidmətinin satınalınması ilə” bağlı elan edilmiş tenderdə “GESCO” ASC qalib olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,artıq Bakı Dövlət Universitetinin Qazax filialı ilə qalib şirkət arasında müqavilə imzalanıb. Məbləğ 121.398,21 AZN-dir.

Tenderə əsasan ali təhsil ocağının 12 ay müddətində əsas Tədris binasının və arazının 24 saat mühafizəsi (1 xidmət rəisi, 7 mühafizəçi) ilə təmin olunacaq.

Nizamnamə kapitalı 4000 AZN olan “GESCO” ASC-nin qanuni təmsilşisi MURAD CAMALZADƏ FƏRRUX OĞLUdur.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmovdur.