Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Səbinə Əsədova vəzifəsindən azad olunub.
NOCOMMENT.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri mədəniyyət naziri Adil Kərimli imzalayıb.
Belə ki, S.Əsədovanın əmək müqaviləsinə xitam verilib. Lakin o, teatrdakı fəaliyyətini truppa müdiri olaraq davam etdirəcək.
Qeyd edək ki, 46 yaşlı Əməkdar artist S.Əsədova teatr səhnəsində bir çox obrazlar yaradıb. O, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.