Direktordan şagirdinin ana olması xəbərlərinə reaksiyabackend

Direktordan şagirdinin ana olması xəbərlərinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Salyan rayonu Pambıqkənddə məktəbli qızların erkən nikaha cəlb edilməsi halları bizdə təəssüf doğurur”.

NOCOMMENT.az xəbər verir ki, bakupost.az-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, regionlarda bu tipli hallar hələ də baş verir:

“Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib. Lakin davamiyyətlə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib. Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Salyanda 11-ci sinif şagirdinin ana olması ilə bağlı məlumatlar müzakirələrə səbəb olmuşdu.