Direktoru qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıbbackend

Direktoru qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Mirhadı Bağırovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

NOCOMMENT xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş vermişdi.

Belə ki, Mərkəzin baş mühasibi 1992-ci il təvəllüdlü M.Bağırov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək qətlə yetirmişdi.

Faktla bağlı M.Bağırov dərhal saxlanılmış və ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı.