Direktorun ad gününə yığılan pul geri qaytarıldıbackend

Direktorun ad gününə yığılan pul geri qaytarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtdakı Texniki-humanitar liseydə direktorun ad günü münasibətilə pul yığılması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.

“Araşdırma zamanı məlum olub ki, 8F sinfinin valideyni məktəb direktoruna gül buketi almaq üçün pul yığılmasını sinfin digər valideynlərinə təklif edib. Təklifi qəbul edən bir neçə valideyn kart vasitəsilə 5 manat pulu könüllü olaraq ödəyib.

Araşdırma nəticəsində pul yığımının qarşısı alınıb və toplanmış vəsaitlər geri qaytarılıb. Digər siniflərdə analoji hallar müəyyən edilməyib”, – deyə BŞTİ-dən apa-ya bildirilib.