Direktorun səs yazısı: Bir gün dərsə gəlməmək 10 manatdırbackend

Direktorun səs yazısı: Bir gün dərsə gəlməmək 10 manatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daha bir məktəb direktorunun səs yazısı yayılıb.

NOCOMMENT lent-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Ağsunun Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edib.

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdri Anar Osmanov bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır: “Ötən gün yoldaşı həmin məktəbin müəllimi olan bir xanım tərəfindən bu video bizə göndərildi. Biz hazırda bununla bağlı araşdırmaya başlamışıq. Nəticə barədə məlumat veriləcək”.