Diriliş Ərtoğrul-da 11 səhv – Ekspert rəyibackend

Diriliş Ərtoğrul-da 11 səhv – Ekspert rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda böyük kütlə tərəfindən izlənilən Türkiyənin məşhur “Diriliş Ərtoğrul” serialı barəsində Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn öz fikirlərini bildirib. Onun düşüncələrinə görə, serial nə qədər tarixi və mədəni əhəmiyyət daşısa da, filmdə xeyli səhvlər, çatışmayan məqamlar var.

NOCOMMENT.azF.Hüseynin serialla bağlı “BakuPost”a bölüşdüyü fikirlərini təqdim edir:

“”Diriliş Ərtoğrul” tele-serialını sonacan izlədim. Qardaşımız Türkiyəmiz gözümüzün işığıdır. Amma bu ekran əsərində bəzi naqis cəhətlər gördüm. Arzuolunmaz məqamları sadalayım:

1. Tele-serial başdan-sona “girov tut, girov burax, əsiri xilas et, əsir dəyiş” üstündə qurulub. Bu yeknəsəqlik tamaşaçını yorur və izləyici hadisələri rahatlıqla qabaqlayır

2. Baş qəhrəmanı hər dəfə ölüm uçurumuna gətirib ordan xilas etmək filmin inandırıcılıq yükünü azaldır, həddən artıq “ölməz kaşşey” effekti yaradır.

3. Köçəriliklə bağlı ərazi dəyişikliyi hiss edilmir.

4. Təkbətək döyüşlər xaric, digər döyüşlər inandırıcı deyil. Məsələn alplar hücum edəndə onların qarşısını almaq olmur, sonra qarşı tərəf hücum edəndə dünən meydanı qan gölünə çevirən qəhrəmanları ot kimi biçirlər.

5. Orta əsrlərin işgəncə metodlarını, edam üsullarını ancaq baş kəsməklə, asmaqla məhdudlaşdırıblar. Ölənlərin, cəzalandırılanların sayını nəzərə alsaq fərqli tarixi təcrübələrlə izləyiciləri təəccübləndirmək olardı

6. Tele-serialın əvvəlində obaların dövlətlərə aidliyi, birgəlik sadəcə sözdədir, birdən-birə tele-serialın ortasında həmin xətt güclənir və sanki baş qəhrəman, eləcə də onun obası birdən-birə həddən artıq dövlətdən aslılığın məsuliyyət altında qalmış olurlar.

7. Ancaq oğul övladları doğulur. Sanki türklərin qız övladı olmur.

8. Türk qadınların məşğuliyyəti ancaq kilim toxumaqla məhdudlaşır.

9. Qurani-Kərimin tədrisi ilə bağlı heç bir element yoxdur, ancaq xristianlar kilsədə Allaha dua edir, dini ayinlər icra edirlər. Sanki türklər isə yuxu, öncəgörümləri dini yolgöstərən kimi qəbul edirlər.

10. Dövrün ruhuna uyğun olmayan modern sözlər, hətta çağdaş tükrcədə işlədilən fransız kəlmələri məlum dövrlə bağlı uyğunsuzluq yaradır.

11. Monqolların adətlərini ənənəvi şamanlarla həddən artıq qarışdırırlar. “Ölüm ayinləri” “ruh çağırma” ilə çaş salınıb.

Hələ başqa da gözəbatan qüsurlar var, onları da yəqin ki, görkəmli türkiyəli kinoşünaslar çoxdan qeyd etmiş olarlar. Amma Türkiyə tele-seriallaının efirimizdə çox olması gözəldir, uğurlu addımdır, daha da yaxınlaşmalı, əbədiyyən bir ürək və bir can olmalıyıq”.