“Diş həkimi” qaravolçu imiş – Bakıda kuryoz olay – VİDEObackend

“Diş həkimi” qaravolçu imiş – Bakıda kuryoz olay – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yerləşən diş klinikasında kuryoz hadisə baş verib.

NOCOMMENT.az CityPost.az-a istinadən xəbər verir ki, “Dent House Baku” diş klinikasında özünü həkim kimi təqdim edən şəxs xəstənin dişlərini çəkib.

Elnarə Məhərrəmovanın iddiasına görə, sentyabr ayında instagramdan özünü həkim kimi təqdim edən Fərid Əşrəfli ilə əlaqə saxlayıb. Fərid Əşrəfli özünü peşəkar həkim kimi təqdim edərək xanımı “Dent House Baku ” klinikasına dəvət edib.

Fotoda özünü həkim kimi təqdim edən şəxs 

“ Özünü həkim kimi təqdim edən Fəridin instagram hesabına baxanda orada məşhurlardan rəqqasə   Fatimə  Fətəliyevanın, müğənnilər Günay İbrahimli, Nura Surinin, Aygün Səfərovanın şəkillərini gördüm. Elə başa düşdüm ki, bu peşəkar həkimdir, məşhurlar da onun yanına gedir. Həmin görüntülərə aldanıb onun yanına getdim. “Xalqlarda”  yerləşən “Dent House Baku ” klinikasında məni  qəbul etdi. Özünü  həkim kimi təqdim edən şəxs məni klinikanın baş həkimi  Anar  Əmiraslanovun otağında  müayinə  etdi. Mənə dedilər ki, sizin  5 dişinizin  dibində kist var. Həmin dişlər çəkilməlidir və implant qoyulmalıdır.  Mən də onların sözünə inanıb razılıq verdim. Daha sonra başıma oyun gəldi. Mənim 11  sağlam dişimi çəkdilər. Özünü  həkim kimi təqdim edən Fəridin bütün bu əməlləri baş həkim  Anar Əmiraslanovun kabinetində  baş verib. Daha sonra mənim üz və çənə nayihəmdə  ağrılar  başladı. Araşdırma zamanı, məlum oldu ki, özünü diş həkimi kimi təqdim  edən  Fərid Əşrəfli  NZS-də gözətçi işləyirmiş”, – deyə   şikayətçi  bildirib.

Elnarə  Məhərrəmovanın müsahibəsini aztimes.az saytının Youtube  kanalı  yayıb.

CityPost.az  məsələdə adı hallanan  “Dent House Baku ” klinikasının  həkimi Anar Əmiraslanovla əlaqə saxlayıb.

Fotoda Anar Əmiraslanov

Həkim Elnarə Məhərrəmovanın fikirlərinin şər-böhtan olduğunu bildirib.

“Bizim  klinikada Fərid Əşrəfli adlı həkim  işləməyib. Həmin  şəxs iş  üçün bizə müraciət etmişdi. Biz ondan diplomunu tələb etdik. Bildirdi ki, Ukraynada oxuyub və diplomunun təsdiqini gözləyir. Daha sonra bir neçə dəfə bizim mərkəzə gəldi. Həmin qadın bizim mərkəzə gəlib, Fərid adlı həkimi soruşanda əməkdaşlarımız ona bizim klinikada belə həkim çalışmadığını  bildiriblər. Bu məsələdə  mənim adımın hallandırılması heç  nəyə əsaslanmır”, – deyə Anar Əmiraslanov bildirib.

Araşdırmamız zamanı o da məlum olub ki, özünü Fərid Əşrəfli kimi təqdim edən həmin şəxsin ad,soyadı tamamilə fərqlidir. Onun əsl adı Fərahim Quliyevdir.

CityPost.az  yazıda adı hallanan Fərid Əşrəflinin (Fərahim Quliyevin) də mövqeyini təqdim etməyə hazırdır.